...

Bakının bir neçə qəsəbəsində içməli su məhdudiyyətlə veriləcək

Cəmiyyət Materials 18 İyul 2022 18:07 (UTC +04:00)
Bakının bir neçə qəsəbəsində içməli su məhdudiyyətlə veriləcək

Bakı. Trend:

H.Z.Tağıyev qəsəbəsindəki mərkəzi nasos stansiyasından Bakı şəhərini qidalandıran magistral su kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Bakıxanov, Əmircan, Bülbülə, Yeni və Köhnə Günəşli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Əraziyə qəza-bərpa briqadaları cəlb olunub və xüsusi texnikanın köməkliyi ilə təmir işləri aparılır.

Bu barədə Trend-ə “Azərsu” ASC-dən bildirilib.

Narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti