...

Magistratura üzrə yeni ixtisaslar yaradılıb

Cəmiyyət Materials 3 Avqust 2022 18:53 (UTC +04:00)
Magistratura üzrə yeni ixtisaslar yaradılıb

Bakı. Trend:

Ali təhsilin magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd edilir ki, mədəniyyət və vergi hüququ sahəsində qüvvədə olan normativ hüquqi aktların düzgün tətbiqinin təmin olunması və onların tətbiqi zamanı aşkar edilən boşluqların aradan qaldırılması, dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə sahə üzrə ixtisaslı hüquqşünasların hazırlanmasına tələbat yaranmışdır.

Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə “Hüquqşünaslıq” ixtisasının mövcud ixtisaslaşmaları siyahısına “Mədəniyyət hüququ” və “Vergu hüququ” ixtisaslaşması əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti