Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında avqustun 6-dan 9-u günüzədək şimal-qərb küləyinin 15-18 m/s, 06-07-də yarımadanın bəzi yerlərində arabir 20 m/s olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, 6-8
avqustda əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış
yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi
yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Qərb küləyi avqustun 6-8-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.