Bakı. Trend:
Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Trend-ə daxil olan məlumata görə, paylaşılan məlumat həqiqəti əks etdirmir.
“Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”, - məlumatda qeyd olunur.