...

Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub

Cəmiyyət Materials 7 Avqust 2022 18:00 (UTC +04:00)
Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 469 yeni yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 801 939 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 145 nəfərdir.

Ölkədə son sutka ərzində 3 603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti