...

Şəhid kapitan Pərviz Məmmədovun doğum günüdür (FOTO)

Cəmiyyət Materials 9 Avqust 2022 12:06 (UTC +04:00)
Şəhid kapitan Pərviz Məmmədovun doğum günüdür (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün 09.08.2022-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günüdür.

Məmmədov Pərviz Ələddin oğlu 09.08.1989-cu il tarixində Tovuz rayonu, Çeşməli kəndində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçmüşdür. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak etmişdir və Fizuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə 30.09.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn olunmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda” medallı ilə təltif olunmuşdur.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri, din adamları şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşdur.

Daha sonra Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə düzəldilmiş şəhid bulağının açlışı olmuş, bulağın qarşısına əklil və gül dəstələri qoyulmuşdur. Bundan sonra İcra Hakimiyyətinin rəhbər şəxsləri,rayon ictimaiyyət nümayəndələri, din adamları şəhidin evini ziyarət etmişdir.

Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir.Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır. Şəhidin doğum gününün televiziya vasitəsi ilə işıqlandırılması təmin edilmişdir.

Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti