...

Baş prokuror Şirvan və Hacıqabul sakinlərini qəbul edəcək

Cəmiyyət Materials 19 Avqust 2022 11:59 (UTC +04:00)
Baş prokuror Şirvan və Hacıqabul sakinlərini qəbul edəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 26-da saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Trend xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokuroru tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti