...

Azərbaycanda son sutkada 499 nəfər koronavirusa yoluxub

Cəmiyyət Materials 19 Avqust 2022 16:42 (UTC +04:00)
Azərbaycanda son sutkada 499 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 499 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 807 516 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 794 225 nəfər müalicə olunaraq sağalıb, 9784 nəfər vəfat edib, aktiv xəstə sayı 3507 nəfərdir.

Ölkədə son sutka ərzində 3438, hazırkı dövrədək isə 7 113 616 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti