...

XTQ-in şəhid zabiti dəfn edilib (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2022 22:38 (UTC +04:00)
XTQ-in şəhid zabiti dəfn edilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllıda şəhid Səmədov Elnur Sədaqət oğlu böyük izdihamla qarşılanıb

Trend xəbər verir ki, Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Elnur Səmədovun nəşi doğulduğu İsmayıllı rayonuna gətirilib.

Şəhid son dəfə doğulub böyüdüyü evinə gətirilib daha sonra dəfn olunmaq üçün qeydiyyatda olduğu Sumqayıt şəhərinə yola salınıb.

Şəhid leytenant Elnur Səmədov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti