Bakı. Trend:
Azərbaycanda ali təhsil sahəsində yeni proqramlar hazırlanır.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "BYF EduExpo 2022" təhsil sərgisi zamanı deyib.
Onun sözlərinə görə, yeni proqramlar doktorantura istiqamətinə aid olacaq.
"Biz həm də ölkəyə xarici tələbələrin cəlb olunması üzərində işləyirik. Bu gün ölkədə 7 min xarici vətəndaş təhsil alır. Türkiyədə 28 min azərbaycanlı tələbə təhsil alır", - deyə nazir bildirib.