...

3 yaşına çatanadək uşaqlara qulluğa görə müavinət üçün 11 milyon manat ayrılacaq

Cəmiyyət Materials 2 Noyabr 2022 18:11 (UTC +04:00)
3 yaşına çatanadək uşaqlara qulluğa görə müavinət üçün 11 milyon manat ayrılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti ildə 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinət üzrə xərc ediləcək məbləğ 11,0 mln. manat həddində proqnozlaşdırılıb

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə bu gün dərc edilən rəyində deyilir.

Qeyd edilib bu məbləğ cari ilin proqnoz göstəricisindən 1,1 mln. manat az və ya 90,9%-i həcmində, ilin sonuna gözlənilən icradan isə 2,5 mln. manat və ya 29,4% çoxdur.

Qeyd edək ki, “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 yanvar tarixli 1725 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 86 nömrəli Sərəncamına əsasən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat miqdarında müəyyən edilib.

Qeyd edilib ki, növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər tutulmaqla cari ilin təsdiq edilmiş proqnoz göstəricisindən 657,7 mln. manat və ya 11,7%, gözlənilən icrasından isə 927,3 mln. manat və ya 17,4% çox nəzərdə tutulub.

Ümumilikdə növbəti il Fondun cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti