...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2022 11:19 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Trend-in məlumatına görə, ötən ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin və şəhid ailələri üzvlərinin, digər həssas qrupların sosial dəstəklə təmin olunması, onların sosial inteqrasiyası sahəsində aparılan fəal dövlət siyasətinin növbəti təzahürüdür.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Mərkəz 121 nəfərlik auditorium, müxtəlif peşə-yaradıcılıq otaq və studiyaları, kitabxana, inzibati otaqlar, yeməkxanadan və s. ibarətdir. Hazırda mərkəzdə 266 nəfər benefisiar təlim alır. Onlardan 60 faizə qədəri əlilliyi olan şəxslərdir. Mərkəzdə 14 istiqamətdə (musiqi, kapoeyra, badminton, atçılıq, rəqs, təsviri incəsənət, dulusçuluq, floristika, bağçılıq və landşaft dizaynı, bədii oyma, dərzilik, modelyer sənəti , xalçaçılıq, səhnə, kulinariya, fotoqrafiya və s.) təlimlər təşkil olunur. Ötən bir ildə mərkəzdə 20-dən çox tədbir, forum, sərgi-satış yarmarkası, konsert proqramı və s. təşkil edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzdə benefisiarların istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün aparılan işlərlə, benefisiarların əl işlərindən ibarət sərgi və təlim prosesi ilə tanış olub, A.P.Çexovun eyniadlı pyesi əsasında mərkəzdə hazırlanmış “Təklif” tamaşasını izləyib.

Tamaşada kübar görünməyə çalışan cəmiyyətin problemləri əksini tapır. Vodevil (zarafat) janrında olan, 23 nəfər yaradıcı heyətdən ibarət tamaşanın 7 baş rol ifaçısından 5-i müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti