...

Xaricdə təhsil üçün sənəd qəbuluna dekabrda başlanılacaq

Cəmiyyət Materials 10 Noyabr 2022 11:40 (UTC +04:00)
Xaricdə təhsil üçün sənəd qəbuluna dekabrda başlanılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-2024-cü tədris ili üzrə Dövlət Proqramı ilə xaricdə təhsil üçün sənəd qəbuluna dekabrın əvvəlindən başlanılacaq.

Trend-in məlumatına görə, bunu bu gün elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "Təhsil masası"nda çıxışı zamanı deyib.

O qeyd edib ki, prosesə bu il keçən ilə nisbətən daha tez başlanılacaq.

"Keçən il sənədlərin gecikməsi səbəbindən qeydiyyat gec başladı. Hamıya bərabər imkanlar yaradılacaq ki, proqrama müraciət edə bilsinlər" - deyə o əlavə edib.

Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti