...

Bu günə kimi regionlarda şəhid ailələrinə min ev verilib - Sahil Babayev

Cəmiyyət Materials 11 Noyabr 2022 17:00 (UTC +04:00)
Bu günə kimi regionlarda şəhid ailələrinə min ev verilib - Sahil Babayev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Regionlarda şəhid ailələrinə ev verilməməsi fikri düz deyil. Bu günə kimi 4000 evin 1000-i regionlarda verilib.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Bakı və Sumqayıtda şəhid ailələrinə verilən evlərin sayı daha çoxdur.

“Bu şəhərlərdə yaşayan şəhid ailələrinin sayı da çoxdur. Ona görə rəqəmlərdə bu fərq ortaya çıxır. Dekabr ayı üzrə 3 rayonda şəhid ailələrinə 170 mənzil təqdim olunacaq”, - deyə S.Babayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti