...

Meşə ərazilərində 340 min ağac əkilib

Cəmiyyət Materials 14 Noyabr 2022 13:29 (UTC +04:00)
Meşə ərazilərində 340 min ağac əkilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Payız əkin mövsümü başlayandan bugünədək respublikanın 32 rayonunda meşəbərpa tədbirləri həyata keçirilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Trend-ə bildirib ki, 362 hektar meşə fondu torpağında 340 000 ağac əkilib, 14 tondan çox toxum səpilib.

"Meşəbərpa tədbirləri respublikanın bütün rayonlarını əhatə edir və payız əkin planına müvafiq olaraq hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilir, toxumlar səpilir", - C.Qəribov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti