...

“AzInTelecom” MMC-nin Müştəri Xidmətləri Mərkəzi 6 günlük iş rejiminə keçib

Cəmiyyət Materials 16 Noyabr 2022 15:57 (UTC +04:00)
“AzInTelecom” MMC-nin Müştəri Xidmətləri Mərkəzi 6 günlük iş rejiminə keçib

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin məhsul və xidmətləri ilə bağlı dəstək xidməti göstərən Müştəri Xidmətləri Mərkəzi 6 günlük iş rejiminə keçib. Bu addım vətəndaş məmnunluğunun artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə davam etdirilən təkmilləşdirmə işləri çərçivəsində atılıb.

“Şəbəkə” ofisində yerləşən Müştəri Xidmətləri artıq həftənin şənbə günü də daxil olmaqla saat 09:00-dan 18:00-dək vətəndaşların qəbulunu həyata keçirir. Daha öncə Mərkəz bayram günləri daxil olmaqla, həftə içi 5 gün saat 09:00-18:00 arası fasiləsiz iş rejimində fəaliyyət göstərirdi.

Vətəndaşlar “AzInTelecom” MMC-nin təqdim etdiyi xidmət və məhsullarla bağlı dəstək xidmətinin göstərilməsi üçün Müştəri Xidmətləri Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, biznes həlləri, İnformasiya Təhlükəsizliyi Xidmətləri və mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.

Bir müddət öncə “AzInTelecom” MMC-yə məxsus Müştəri Xidmətləri Mərkəzinin xidmət operatorlarının sayı artırılıb və texniki imkanları gücləndirilib. Həmçinin “AzInTelecom” MMC-nin “157” Çağrı Mərkəzi 7 günlük iş rejiminə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti