...

AMEA-da Böyük Qayıdışla bağlı komissiya yaradılıb

Cəmiyyət Materials 23 Noyabr 2022 10:37 (UTC +04:00)
AMEA-da Böyük Qayıdışla bağlı komissiya yaradılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Böyük Qayıdışa dair I Dövlət Proqramı" ilə bağlı komissiya yaradılıb.

Trend-in məlumatına görə, bu barədə akademiyanın Rəyasət Heyəti qərar qəbul edib.

Qərarə əsasən Böyük Qayıdışa dair I Dövlət Proqramında AMEA-nın üzərinə düşən vəzifələrdən irəli gələrək Tədbirlər planının hazırlanması məqsədilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.

İ.Həbibbəyli qeyd edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir.

Ölkə başçısı tərəfindən bu günə kimi bir çox dövlət proqramlarının uğurla icra olunduğunu deyən AMEA rəhbəri Böyük Qayıdışa dair I Dövlət Proqramının da Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək səviyyədə həyata keçiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti