...

Azərbaycanda 25 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb

Cəmiyyət Materials 26 Noyabr 2022 16:49 (UTC +04:00)
Azərbaycanda 25 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 193 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 813 942 nəfər müalicə olunaraq sağalıb, 9 976 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir. Ölkədə son sutka ərzində 2 015, hazırkı dövrədək isə 7 369 434 test aparılıb.

Xəbər lenti

Xəbər lenti