...

Xəzərin Azərbaycan sahillərində də suiti cəsədləri tapıla bilər - Firuddin Əliyev

Cəmiyyət Materials 5 Dekabr 2022 13:22 (UTC +04:00)
Xəzərin Azərbaycan sahillərində də suiti cəsədləri tapıla bilər - Firuddin Əliyev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzərin Dağıstan sahilində aşkarlanan suitilərin ölüm səbəbi araşdırılır.

Dağıstanda Xəzər dənizinin sahilində aşkarlanan Xəzər suitilərinin (Phoca caspica) ölüm səbəbi hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən araşdırılır. Bakterioloji-virusoloji analizlərin aparılması üçün cəsədlərdən nümunələr götürülüb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Trend-ə bildirib ki, suiti cəsədlərinin patoloji materialının laboratoriya tədqiqatları aparıldıqdan sonra onların ölüm səbəbi müəyyən ediləcək.

“Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində suiti cəsədinin olması faktı qeydə alınmayıb, lakin yaxın günlərdə belə vəziyyət gözlənilə bilər, yəni suiti cəsədləri Dağıstan tərəfindən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gətirilə bilər”.

Qeyd edək ki, Rusiya və Qazaxıstan elmi mərkəzləri ilə aparılan ilkin müzakirələr zamanı hazırki suiti ölümünün 2000-ci ildə it taunu virusu ilə yoluxma nəticəsində baş vermiş kütləvi ölüm halları ilə oxşar olması ehtimalı irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti