Bakı. Trend:
Payız əkin mövsümü başlayandan bugünədək meşə fondu
torpaqlarında 670 mindən çox ağac əkilib.
Trend xəbər verir ki, payız ağac əkini mövsümü ilə əlaqədar ölkənin
bütün regionlarının meşə fondu torpaqlarının açıq və seyrək
ərazilərində meşəbərpa tədbirləri davam edir.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, bu gün Qəbələ, Şamaxı, Bərdə, Şabran, Sabirabad rayonlarının ümumilikdə 21 hektar meşə ərazisində Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən hər bölgənin iqlim şəraitinə uyğun 20 000 ədəd ağac tingi əkilib, 800 kiloqramdan artıq toxum səpilib.
“Mövsüm başlayandan bugünədək meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində payız əkin planına uyğun olaraq 670 mindən çox müxtəlif növ ağac əkilib, 46 ton toxum səpilib”.