...

Mobil telefonlara görə 12 min manat cərimə gələ bilər

Cəmiyyət Materials 9 Dekabr 2022 12:45 (UTC +04:00)
Mobil telefonlara görə 12 min manat cərimə gələ bilər
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə cərimələr müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə yeni təklif edilən maddədə əksini tapıb.

Dəyişikliyə əsasən, fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək. Qeyd olunan xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək, hüquqi şəxslər 9 min manatdan 12 min manatadək məbləğdə cərimə ediləcək.

Qanun qəbul edildiyi halda 2023-cü il aprelin 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti