Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 524 nəfər müalicə olunaraq sağalıb, 9 987 nəfər vəfat edib, aktiv xəstə sayı 368 nəfərdir.
Ölkədə son sutka ərzində 682, hazırkı dövrədək isə 7 395 267 test aparılıb.