...

Azərbaycanda abortların sayı kəskin artıb

Cəmiyyət Materials 15 Dekabr 2022 14:03 (UTC +04:00)
Azərbaycanda abortların sayı kəskin artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ölkədə 2020-ci illə müqayisədə 2021-ci ildə abortların sayı 34719-dan 46877-dək artıb.

Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında deyilir.

Qeyd edilib ki, 30-34 yaş qruplarında abortların sayı çoxluq təşkil edir. 15-19 yaş qrupunda abortların sayı ötən illə müqayisədə təqribən iki dəfəyədək artıb.

Mövcud statistik göstəricilər hamiləliyin süni pozulma səbəblərinin müəyyən edilməsinə imkan vermir. Bu istiqamətdə tədqiqatların aparılmasına ehtiyac vardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti