...

Meşələrə ötən həftə 45 mindən artıq ağac əkilib (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2022 19:11 (UTC +04:00)
Meşələrə ötən həftə 45 mindən artıq ağac əkilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Son bir həftə ərzində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində keçirilən meşəbərpa tədbirləri zamanı 45 000-dən artıq müxtəlif növ ağac əkilib, 600 kiloqramdan çox toxum səpilib.

Bunu Trend-ə Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

“Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir”, - C.Qəribov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti