...

Xaçmazda səyyar şəkildə pirotexniki vasitələr satan şəxs saxlanılıb

Cəmiyyət Materials 31 Dekabr 2022 18:08 (UTC +04:00)
Xaçmazda səyyar şəkildə pirotexniki vasitələr satan şəxs saxlanılıb

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Şəhriyar Məmmədseyidov istifadəsində olan “Priora” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan külli miqdarda partlayıcı maddələr və pirotexniki vasitələr aşkarlanıb.

Şəhriyar Məmmədseyidovun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti