...

Elm və təhsil sahəsinin müasir inkişafı - "STEAM İnnovasiya Mərkəzi”ndən REPORTAJ

Cəmiyyət Materials 6 Yanvar 2023 14:58 (UTC +04:00)
Elm və təhsil sahəsinin müasir inkişafı -  "STEAM İnnovasiya Mərkəzi”ndən REPORTAJ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışı oldu. "STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur. Binanın tutumu eyni zamanda 300 ziyarətçini qəbul edə biləcək səviyyədədir.

"STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov Trend-in suallarını cavablayarkən bildirib ki, "STEAM" layihəsi artıq dördüncü ildir ki, ölkəmizdə tətbiq olunur.

"Ölkəmizdə "STEAM" layihəsi orta məktəblərdə tətbiq olunmaqla yanaşı, iyirmi iki "STEAM" mərkəzi açılıb. "STEAM İnnovasiya Mərkəzi” isə tamamilə fərqli konseptdir. Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. Bu mərkəzdə həm elm muzeyi, həm də fəaliyyət zonaları mövcuddur. Fəaliyyətlər bizim gördüyümz ənənəvi təhsil metodlarında kifayət qədər fərqli və innovativdir. Muzey konspektində isə çox interaktiv təcrübələr var.

Mərkəzə müxtəlif yaş qruplarından uşaqlar, tələbələr gələ bilər. Elə faəliyyətlər var ki, orada 12 yaşdan yuxarı uşaqlar üçün, eləsi də var ki, valideynlərlə birgə fəaliyyətlər mövcuddur. Mürəciət onlayn formada olacaq və bu yaxınlarda açıq elan ediləcək", - deyə İ.Nəzərov bildirib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.

Trend-in fotoqrafı Seymur İsmayılovun “STEAM İnnovasiya Mərkəzi”dən hazırladığı fotoreportajı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti