...

Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlanıb

Cəmiyyət Materials 7 Yanvar 2023 12:08 (UTC +04:00)
Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 24,1 faiz artaraq 19,6 min nəfər olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 6965,9 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 42,4 faiz artıb.

Yüklərin 43,0 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 10716,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 9908,2 min tonunu və ya 92,5 faizini tranzit yüklər təşkil edib.

2022-ci il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 347,5 min ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti