...

Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı azalıb

Cəmiyyət Materials 9 Yanvar 2023 19:36 (UTC +04:00)
Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı azalıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən illə müqayisədə Azərbaycanda taksilərdən istifadə edən sərnişinlərin sayı 2 faiz azalıb.

Trend-in məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında avtomobil nəqliyyatı ilə 1 milyard 272,2 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 94,0 faizi avtobus, 6,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

2021-ci ilin eyni dövründə isə taksilərdən istifadə edən sərnişinlərin sayı daha çox olub. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında avtomobil nəqliyyatı ilə 1 milyard 6,3 milyon sərnişin daşınıb. Avtomobil nəqliyyatı üzrə sərnişinlərin 92 faizi avtobus, 8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti