Bakı. Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin avtopmobil yollarında axşam saatlarına olan vəziyyəti açıqlayıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, hazırda “ZƏFƏR” yolunda zəif qar yağır, 4-6 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Toğanalı - Kəlbəcər - İstisu yolunda yağıntı yoxdur, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri aparılıb. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 10-15 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.
Bakı - Quba yolunun Quba rayonu ərazisində zəif qar yağır, Qusar rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 6-7 dərəcə şaxta var
Giləzi - Xızı yolunun Xızı rayonu ərazisində qar yağır. Gün ərzində yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülmüş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan yolunda qar yağır, yolda qar yoxdur. Gün ərzində yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Qobustan rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan - Şamaxı - Muğanlı avtomobil yolunda qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – Ağsu-Yevlax avtomobil yolundan qar yağır, gün ərzində yol qardan təmizlənmiş, Ağsu dolaylarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı - İsmayıllı yolunda qar yağır, hazırda 4-6 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunda da qar yağır, Qəbələ rayonu ərazisində 2-3 dərəcə, İsmayıllı rayonu ərazisində 4-6 şaxta var. Gün ərzində yolun qardan təmizlənməsi, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülmüş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Qəbələ - Oğuz - Şəki hissəsində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Yevlax - Şəki - Qax - Zaqatala yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir - Gədəbəy yolunun Gədəbəy rayonu ərazisində qar yağır 7-8 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə - Daşkəsən yolunda yağıntı yoxdur 7 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Ələt - Astara yolunda qar yağır, yolun Biləsuvar-Astara hissəsində yolun qardan təmizlənməsi işləri aparılır və qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı yolunun Yardımlı rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Hərəkəti təmin olunub.
Lənkəran – Lerik yolunun Lerik rayonu ərazisində zəif qar yağır, 8-9 dərəcə şaxta var. 20 sm qar yağmış, yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunub.
Bakı - Ələt – Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.