Bakı. Trend:
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev vəzifəsindən istefa verib.
Trend-in məlumatına görə, M.Əliyev öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə faktı təsdiqləyiblər.
Bildirilib ki, Agentliyin sədri vəzifəsinə hələ ki, yeni təyinat yoxdur.
Xatırladaq ki, Aqrar Xidmətlər Agentliyi 2019-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. M.Əliyev 2020-ci ildən Agentliyin sədri vəzifəsini icra edib.