...

Artıq ödənilən pensiyanı alıb xərcləyiənlər geri qaytarmalı olacaqlar

Cəmiyyət Materials 23 Yanvar 2023 11:25 (UTC +04:00)
Artıq ödənilən pensiyanı alıb xərcləyiənlər geri qaytarmalı olacaqlar
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda pensiyaların səhv hesablanması və yanlış ödəmələr ən çox 2020-ci ilə qədər baş verib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, 2020-ci ildən sonra səhv hesablanmalarla bağlı cüzi rəqəmlər olub. “Biz “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik etməklə pensiya amnistiyası tətbiq etdik. Bu amnistiya vətəndaşları xeyli yükdən azad edəcək”, - deyə M.Quliyev bildirib.

Deputat Jalə Əliyevanın pensiyaların artıq hesablanmasında müvafiq qurumların əməkdaşlarının da səhvinin olması ilə bağlı fikrinə münasibət bildirən M.Quliyev deyib ki, qanunvericiliyə əsasən vəsaiti kimi alıb xərcləyibsə, o da qaytarmalıdır.

Qeyd edək ki, Milli Məclis dekabrın 30-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edib.

Dəyişikliyə əsasən, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Belə ki, qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Hazırda isə artıq ödənilən bütün məbləğ geri tutulur. Dəyişikliyə əsasən, həmçinin daha az məbləğdə pensiya alanlardan 10%, daha çox pensiya alanlardan isə 20% məbləğ tutulacaq. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti