Bakı. Trend:
2022-ci ildə ölkədə prokurorluq orqanları tərəfindən 36.494 cinayət qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə bu gün Baş Prokurorluqda keçirilən kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, 2022-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 36.494 cinayətin 88,2%-nin açılması təmin olunub.
"Bu cinayətlərin 95,2%-ni prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib"'- Baş prokuror deyib.