...

Şəhərlərarası avtobuslarda gedişhaqqı artırıldı

Cəmiyyət Materials 31 Yanvar 2023 16:12 (UTC +04:00)
Şəhərlərarası avtobuslarda gedişhaqqı artırıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində şəhərlərarası marşrutlarda gedişhaqları bahalaşıb.

Trend-in məlumatına görə, bu barədə Tarif (qiymət) Şurasının bugünkü iclasında qərar qəbul edilib.

İclasda edilən müzakirələrin nəticəsi olaraq şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).

Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.

Qərar Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti