...

Güclü külək olacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 1 Fevral 2023 17:19 (UTC +04:00)
Güclü külək olacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında fevralın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 2-si qərb rayonlarından başlayaraq 3-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti