...

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işdən azad edildi

Cəmiyyət Materials 2 Fevral 2023 17:07 (UTC +04:00)
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işdən azad edildi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru işdən azad olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səadət Xələfbəylinin vəzifədə olduğu müddətdə aşkar olunan qanun pozuntularına görə işdən azad edilib.

Qeyd edək ki, S.Xələfbəyli bu vəzifəyə 2020-ci ildə təyin edilib.

O, 2001-2003-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin aparıcı və baş mütəxəssisi vəzifələrində işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti