Bakı. Trend:
Yelo Bank mobil tətbiq istifadəçilərinə "Cash by Code" xidmətini
istifadəyə verdi. Bu xidmət vasitəsilə təcili hallarda fiziki kart
olmadan Yelo ATM-lərindən rahat və təhlükəsiz şəkildə pul
nağdlaşdırmaq mümkündür. Bunun üçün tətbiqdə istədiyiniz vəsaitin
məbləğini seçmək və verilmiş on rəqəmli kodu ATM-də daxil etmək
lazımdır.
"Cash by Code" vasitəsilə kartı olmayan şəxslərə də pul göndərmək
mümkündür! Bunun üçün tətbiqdə "Cash by Code" menyusunda “Dosta
göndər” seçimindən istifadə etmək lazımdır. Bu zaman on rəqəmli
kodun ilk 5 rəqəmi tətbiqdə əks olunacaq, sonrakı 5 rəqəmi isə
qarşı tərəfin nömrəsinə SMS vasitəsilə göndəriləcək. Kodun birinci
hissəsini istənilən vasitə ilə çatdıra bilərsiniz. Qarşı tərəf isə
öz növbəsində Yelo ATM-lərində kodu ardıcıllıqla daxil edib vəsaiti
nağdlaşdıra biləcək. Qeyd edək ki, bu xidmətlə sonu yalnız 0 rəqəmi
ilə bitən məbləğdə vəsaiti nağdlaşdırmaq mümkündür (məs: 10, 50,
150 və s.). Nağdlaşdırma üçün təqdim edilən kod 24 saat müddətinə
qüvvədədir.
Yelo mobil tətbiqini yükləyib, bu və digər parlaq imkanlardan 24/7
zövq ala bilərsiniz: https://bit.ly/ylthnd
Bank xidmətləri, o cümlədən online pul
kocurme haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram və ya
Whatsapp hesablarımıza
yazın.
Yelo Bank – Parlaq bankçılıq!