...

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Türkiyə yola salınıb

Cəmiyyət Materials 8 Fevral 2023 02:15 (UTC +04:00)
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Türkiyə yola salınıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı Nazirliyin 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə qardaş ölkəyə yola salınıb.

FHN-dən Trend-ə bildirilib ki, humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.

Xatırladaq ki, Fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti