...

Mərkəzi Gömrük Hospitalının travmatoloqu canlı yayımda Diz oynağının artrozu” mövzusunda çıxış edəcək

Cəmiyyət Materials 13 Fevral 2023 09:39 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının travmatoloqu canlı yayımda Diz oynağının artrozu” 
mövzusunda çıxış edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, travmatoloq, t.f.ü.d., Ramin Rzayev 15 fevral 2023-cü il tarixində saat 15.00-da canlı yayımda “Diz oynağının artrozu” mövzusunda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür.

Ramin Rzayev 2001-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra təhsilini 2001-2003-cü illərdə Rusiyada Akademik İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetində davam etmişdir. 2010-cu ildə “Çanağın həlqəsinin tamlığının pozulması ilə müşaiyət olunan ağır travmalarının cərrahi müalicəsi” üzrə elmi işini müdafiə etmişdir. Dr. Ramin Rzayev əmək fəaliyyətinə 2006-cı ildə Rusiyada professor İ.İ. Djanelidze adına Sankt-Peterburq Təcili Tibbi Yardım Elmi Tədqiqat İnstitutunda başlayıb. O, 2010-cu ildən Mərkəzi Gömrük Hospitalında travmatoloq-ortoped kimi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti