Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına əsasən güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, hospitallarda indiyə qədər 512 nəfərə tibbi xidmət göstərilib.
"Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir", - açıqlamada deyilir.