...

ABB-nin Zaqatala filialı yeni ofisində xidmətə başladı (R)

Cəmiyyət Materials 27 Fevral 2023 15:56 (UTC +04:00)

Bakı. Trend:

ABB filiallarını yeniləyərək xidmət şəbəkəsinin inkişafını davam etdirir. Bankın Zaqatala filialı da yeni ünvanda, ABB-nin müasir konseptinə uyğun qurulmuş binada müştərilər üçün əlçatandır. Bankın Zaqatala filialı Zaqatala şəhəri, Vidadi küçəsi - 28a ünvanında müştərilərə xidmət göstərir.

Burada ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər Zaqatala filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti