...

Dərman qeydiyyatı ilə bağlı qanuna dəyişiklik plenar iclasa tövsiyə olundu

Cəmiyyət Materials 29 Mart 2023 13:00 (UTC +04:00)
Dərman qeydiyyatı ilə bağlı qanuna dəyişiklik plenar iclasa tövsiyə olundu
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Dərman vasitələri haqqında" qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Trend-in məlumatına görə, Milli Məclisin səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişikliklə Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması ilə bağlı yeni qaydalar müəyyən edilir.

Dəyişikliyə əsasən, qanunun 6.6-cı maddəsi yeni redaksiyada verilir. Yeni redaksiyada qeyd edilir ki, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilmir.

Hazırda isə eyni maddədə “müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir” kimi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti