...

“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatları çatdırılır (FOTO/VİDEO)

Cəmiyyət Materials 21 Aprel 2023 09:33 (UTC +04:00)
“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatları çatdırılır (FOTO/VİDEO)

Bakı. Trend:

Daha öncə də bildirildiyi kimi, PAŞA Holding 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirir.

Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatlarının təqdim edilməsi nəzərdə tutulub.

Sözügedən şəhid ailələrinə Bravo supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə Ramazan Bayramı sovqatları çatdırılır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir. Layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhid olan şəxslərin 18 yaşadək övladlarını ehtiva etməklə ümumilikdə 800-dən çox ailəsini əhatə edir.

Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri də daxildir. Belə ki, PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün təşkil olunmuş proqram çərçivəsində sözügedən uşaqlar genişləndirilmiş sığorta paketi ilə də təmin olunublar ki, bu paket digər xidmətlər ilə yanaşı stomotoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini nəzərdə tutur. Eyni zamanda, proqram çərçivəsində şəhid övladlarına yeni dərs ilində məktəbli ləvazimatlarının təqdim edilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti