...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 27 Aprel 2023 12:15 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edəcək

Trend xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 26 may 2023-cü il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 22 may 2023-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti