...

Havanada “Heydər Əliyev 100: Ömürdən Anlar” adlı fotosərgi keçirilib (FOTO)

Cəmiyyət Materials 11 May 2023 06:55 (UTC +04:00)
Havanada “Heydər Əliyev 100: Ömürdən Anlar” adlı fotosərgi keçirilib (FOTO)

Bakı. Trend:

10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə və “Heydər Əliyev İli” çərçivəsində Xose Marti adına Kuba Milli Kitabxanasında Azərbaycanın Kubadakı Səfirliyinin təşkilatçılığı ilə Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş “Heydər Əliyev 100: Ömürdən Anlar” adlı fotosərginin açılış mərasimi keçirilib.

Səfirlikdən Trend-ə bildirilib ki, tədbirdə Kuba XİN-in, Mərkəzi Komitənin, diplomatik korpusun və KİV-in nümayəndələri, eləcə də yerli ictimaiyyətin üzvləri iştirak edib.

Kuba Milli Kitabxanasının direktoru Omar Valinyo öz çıxışında qonaqları salamlayaraq Ümummilli Lider Heydər Əliyevin xatirəsinin Kubada hörmətlə anıldığını və Azərbaycan tarixində önəmli yer tutan dahi şəxsiyyətin 100 illiyi ilə bağlı tədbirin məhz onun anadan olduğu gün Milli Kitabxanada keçirilməsindən qürur duyduğunu söyləyib.

Ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev tədbir iştirakçılarına müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin həm Sovet İttifaqı dövründə, həm də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi vaxtlarda ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafı, hərbi cəhətdən güclənməsi, həmçinin, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzun artması və uğurlu xarici siyasətinin həyata keçirilməsi istiqamətində gördüyü əvəzsiz xidmətləri barədə məlumat verib. Müasir Azərbaycan tarixinin Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən səfir, məhz Ümummilli Liderin müdrik siyasəti və banisi olduğu neft strategiyası sayəsində sonradan ölkəmizin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təkan verən Azərbaycanın neft və qaz ehtiyatlarının dünya bazarlarına ixracının təmin olunduğunu qeyd edib. R.Rzayev Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra iştirakçılar fotosərgi ilə tanış olmağa dəvət edilib.

Qeyd edək ki, Milli Kitabxananı ziyarət edən insanların böyük marağına səbəb olan fotosərgi 17 may tarixinə qədər nümayiş olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti