...

Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır - SƏBƏB

Cəmiyyət Materials 19 May 2023 10:08 (UTC +04:00)
Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır - SƏBƏB

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 22-dən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılacaq.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır.

bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti