...

Apteklərdə bir sıra nöqsanlar aşkarlandı

Cəmiyyət Materials 23 May 2023 13:00 (UTC +04:00)
Apteklərdə bir sıra nöqsanlar aşkarlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 189 aptekdə yoxlama aparılıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Yoxlamalardan 183-ü planlı, 6-sı isə plandankənar olub. Nəzarət tədbirləri zamanı 128 aptekdə uyğunsuzluq aşkar edilib. Uyğunsuzluq aşkarlanan apteklərdən 109-da sanitar norma və qaydalara əməl olunmaması, 3-də malların satışı zamanı mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, 12-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulunun satışı, 14-də sözügedən məhsulun etiket məlumatlarının qanunvericiliyin tələblərinə cavab verməməsi, 4-də isə qida təhlükəsizliyi sertifikatı olmadan satılması müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Həmçinin apteklərdən 18-də bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 12-də həmin məhsulların satışının qadağan olunması və məhv edilməsi barədə qərarlar qəbul olunub. Yoxlama zamanı 61 aptekin nəticəsi qənaətbəxş olub.

Həmçinin cari il ərzində bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 223 aptekdə monitorinq aparılıb. Monitorinq həyata keçirilən apteklərdən 1-də qida təhlükəsizliyi sertifikatı olmayan, 5-də Azərbaycan dilində markalanmayan, 2-də içlik vərəqində qeyd edilən saxlama müddəti ilə üzərində göstərilən saxlama müddəti müxtəlif olan, 3-də etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilən, 1-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkarlanıb. Həmin məhsulların satışdan kənarlaşdırılması ilə bağlı aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

Eyni zamanda, nəzarət tədbirləri zamanı bir sıra idxalçılar tərəfindən ölkəyə gətirdikləri bioloji aktiv qida məhsullarına qida təhlükəsizliyi sertifikatı aldıqdan sonra etiketində qanunvericiliyə zidd olaraq müvafiq dəyişikliklər edildiyi müəyyən olunub. Belə ki, istifadə təlimatında qanunvericiliyin tələbləri pozularaq “Nes Group” MMC və “Esam Ltd” MMC tərəfindən idxal edilən müvafiq məhsulların müxtəlif xəstəliklərin kompleks müalicəsində və proflaktikasında istifadə olunan preparat kimi qeyd edildiyi aşkarlanıb. Həmçinin yaşı 7, 12 və 18-dən yuxarı olan şəxslər üçün nəzərdə tutulan bəzi məhsulların istifadə təlimatında və qablaşdırılması üzərində dəyişikliklər edilərək, “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” yazıldığı aşkar olunub.

Faktlarla əlaqədar müvafiq tədbirlər görülüb, eləcə də məhsulların dövriyyəsinin dayandırılması və satış obyektlərindən geri çağrılması ilə bağlı qərarlar qəbul edilib.

Yoxlamalar zamanı nöqsan aşkar edilən apteklər, həmçinin bioloji aktiv qida məhsullarının etiket və istifadə təlimatlarında qeydə alınan uyğunsuzluqlarla aşağıdakı cədvəllər vasitəsilə tanış ola bilərsiniz:

Müəssisənin adı

Ünvan

Yol verilmiş nöqsan

1

"Dokta" MMC

Gəncə şəhəri, Gülüstan qəsəbəsi, İstiqlal bağının şimal tərəfində

Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir.

2

"Dokta" MMC

Lənkəran şəhəri, Tofiq Ismayilov küçəsi

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.

3

"Best Pharma" MMC

Şirvan şəhəri, F.Eynullayev küçəsi, ev 1/18T

Bioloji aktiv qida məhsulunun qida təhlükəsizliyi sertifikatı yoxdur.

4

"Dokta" MMC

Cəlilabad şəhəri, M. Hüseynzadə Ev 45

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.

5

“Maymed-Avis” MMC

Bakı şəhəri, Yasamal rayonu,
Haqverdiyev küçəsi, ev 11

Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir.
Bioloji aktiv qida məhsulunun qida təhlükəsizliyi sertifikatı yoxdur.

6

"Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyəti

Cəliləbad şəhəri, M.Hüseynov ev 91A

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.

7

"Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyəti

Neftçala şəhəri, Sabir küçəsi, ev 4k

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.

8

"Dokta" MMC

Quzanlı qəsəbəsi, H.Əliyev prospekti

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.

9

"Zeytun Pharmaceuticals" MMC

Gəncə şəhəri, M.Xələfov ev 18 saylı binanın yanı

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir.

10

"Şəfa-Farm" Firmasi

Gəncə şəhəri, Atatürk prospekti, ev 237/7

Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir.

11

"Dokta" MMC

Hacıqabul şəhəri, H.Həmidov küçəsi, Bazarın arxası

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.

12

“Zeytun Pharmaceuticals” MMC

Bakı şəhəri, Xətai rayonu,
Yavər Səfərov küç., NZS yaşayış sahəsi

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.

14

"DOKTA" MMC

Neftçala şəhəri, M.Ə.Sabir küç. 15

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.

15

"Buta Farm" MMC

Gəncə şəhəri, Ə.Məmmədov küç., ev 3

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. Məhsulun etiketində məlumatlar tam və düzgün deyildir.

16

"Dokta" MMC

Xırdalan şəhəri, H.Əliyev pr., ev 72A, Yeni qaydalarla ev 947
"Uğur" dönərin yanı

Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir.

17

"Dokta" MMC

Göyçay şəhəri, H.Əliyev pr. 96

Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir.

18

"Zeytun Pharmaceuticals" MMC

Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi

Bioloji aktiv qida məhsulunun üzərində müxtəlif müalicəvi məlumatlar qeyd edilmişdir.

19

"Dokta" MMC

Samux şəhəri, H.Əliyev prospekti

Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir.

20

“Murad-Farm” MMC

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küç., ev 4, blok 1,8-9 sütunlar arası

Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir.
Bioloji aktiv qida məhsulunun qida təhlükəsizliyi sertifikatı yoxdur.

21

"Dokta" MMC

Astara rayonu, Vaqo kəndi

Məhsulların etiket məlumatlarında Azərbaycan dilində məlumatlar mövcud deyildir.

22

"Zeytun Pharmaceuticals" MMC

Salyan şəhəri, Y.Qasımov küçəsi

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.

23

“Dokta” MMC

Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, ev 8D

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
Bioloji aktiv qida məhsulunun üzərində etiket məlumatları qeyd edilməmişdir.

25

“Dokta” MMC

Zərdab şəhəri, Azərbaycan küçəsi 123A

Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.

26

“Dokta” MMC

Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., ev 1726

Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir.

27

“Paşa-K” Firması

Bakı şəhəri, Xətai rayonu, Xudu
Məmmədov ev 11, 1-ci mərtəbə

Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir.

28

“Zeytun Pharmaceuticals” MMC

Bakı şəhəri, Nərimanov
rayonu, Təbriz küç., ev 100A, m.19

Bioloji aktiv qida məhsulunun qida təhlükəsizliyi sertifikatı yoxdur.

Monitorinqlər zamanı nöqsan aşkarlanan apteklər və uyğunsuzluqlar barədə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

S/N

Regional bölmə

Müəssisənin adı

VÖEN

Müəssisənin ünvanı

Aşkar olunan uyğunsuzluqlar

1

Gəncə RB

"Evro" aptek
"Dokta" MMC

1401425191

Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsi 8

Üzərində Azərbaycan dilində markalanma mövcud deyil
Qida təhlükəsizliyi sertifikatı təqdim olunmadı.

2

Gəncə RB

"Gəncə" aptek
"Dokta" MMC

1401425191

Gəncə şəhəri, Təbriz küçəsi 54

Üzərində Azərbaycan dilində markalanma mövcud deyil

3

Şirvan-Salyan RB

"Dokta 591 " aptek
"Dokta" MMC

1401425191

Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 26A

Üzərində saxlama müddəti 2 il qeyd edildiyi halda, içlik vərəqəsində 3 il qeyd edilmişdir.
Üzərində "dərman vasitəsi deyil və ya dərman vasitəsidir" qeydi yoxdur.
Etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilmişdir.

4

Quba-Xaçmaz RB

"Dokta Sahib" aptek
"Dokta" MMC

1401425191

Xaçmaz şəhəri, N.Nərimanov küçəsi

Azərbaycan dilində markalanma aparılmamışdır.

5

Quba-Xaçmaz RB

"Dokta" aptek
"Dokta" MMC

1401425191

Xaçmaz şəhəri, N.Nərimanov küçəsi

Azərbaycan dilində markalanma aparılmamışdır.

6

Şirvan-Salyan RB

"Dokta 815" aptek
"Dokta" MMC

1401425191

Şirvan şəhəri, Energetik küç., ev 9

Üzərində saxlama müddəti 3 il qeyd edildiyi halda içlik vərəqəsində 2 il qeyd edilmişdir.
Üzərində "dərman vasitəsi deyil" qeydi yoxdur.

7

Gəncə-Daşkəsən RB

"Zəfəran" aptek
"AzəriMed" QSC

1500072561

Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Şeyxzamanov küçəsinin kəsişməsi

Üzərində "dərman vasitəsi deyil və ya dərman vasitəsidir" qeydi yoxdur.
Etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilmişdir.
Azərbaycan dilində markalanma aparılmamışdır.

8

Qarabağ RB

"Kanon" aptek
"Azeri Med" QSC

1500072561 - 40003

Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi

Etiket məlumatların müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilmişdir.

9

Quba-Xaçmaz RB

"Etibarlı" aptek
"Zeytun Pharmaceuticals" MMC

1701688171

Qusar şəhəri, Şərifov küçəsi, ev 36

Son istifadə müddətinin bitməsi aşkar edilmişdir.

Bioloji aktiv qida məhsullarının etiket və istifadə təlimatlarında qeyd olunan məlumatların dəyişdirilməsi halları ilə bağlı cədvəl

“Nes Group” Məhdud Məsuliyyətli Cəmiyyəti

Məhsulun adı

İstehsal və son istifadə tarixi

Partiya nömrəsi

Satışı həyata keçirilən aptekin adı və ünvanı

Aşkar edilmiş nöqsanlar

“Fleksi Force Plus”

11.2021-ci il-11.2023-cü il

2101233

“Vita Apteklər”

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 99

Məhsulun istifadə təlimatında müxtəlif xəstəliklərin kompleks müalicəsində, proflaktikasında istifadə olunan preparat kimi ifadələr qeyd edilmişdir.

“Metifol”

07.2021-ci il- 07.2024-cü il

10515

“Zintox”

05.2022-ci il- 05.2025-ci il

20294

“Urifar”

12.2021-ci il- 12.2024-cü il

002

“Luvit-R”

07.2021-ci il- 07.2024-cü il

10516

“Kanon” aptek

Bakı Şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, ev 96

İdxalçı: “Nes Group” Məhdud Məsuliyyətli Cəmiyyəti

“Dreams Droops”

07.2021-ci il- 07.2024-cü il

10513

“Murad Farm” MMC

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4, blok1/8-9

Məhsullar idxal olunan zaman istifadə təlimatı və qablaşdırılması üzərində istehsalçı tərəfindən məhsulun istifadə qaydası müvafiq olaraq 12 yaşdan və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, idxalçı tərəfindən yaş həddi dəyişdirilərək “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” olaraq qeyd edilmişdir.

“Dreams Droops”

01.11.2020-ci il-01.11.2023-cü il

00929

“AVİS” aptek

Bakı şəhəri,Binəqədi rayonu,M.Rəsulzadə ŞTQ, Cavadxan küçəsi, ev 43

Məhsullar idxal olunan zaman istifadə təlimatı və qablaşdırılması üzərində istehsalçı tərəfindən məhsulun istifadə qaydası müvafiq olaraq 7 yaşdan və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, idxalçı tərəfindən yaş həddi dəyişdirilərək “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” olaraq qeyd edilmişdir.

İdxalçı: “Esam Ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti

“Nevron”

01.03.2021-ci il- 01.03.2023-cü il

132

“Buta Farm” MMC

Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, ev 3

Məhsullar idxal olunan zaman istifadə təlimatı və qablaşdırılması üzərində istehsalçı tərəfindən məhsulun istifadə qaydası müvafiq olaraq 12 yaşdan və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, idxalçı tərəfindən yaş həddi dəyişdirilərək “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” olaraq qeyd edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti