...

AzMİU-nun Radiasiya Problemləri İnstitutunda baza kafedrası yaradılacaq (FOTO)

Cəmiyyət Materials 24 May 2023 19:15 (UTC +04:00)
AzMİU-nun Radiasiya Problemləri İnstitutunda baza kafedrası yaradılacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutu (RPİ) arasında əməkdaşlığa dair memorandom imzalanıb.

Trend xəbər verir ki, memorandomu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və RPİ-nin baş direktoru, AMEA-nın müxbir üzvi, professor İslam Mustafayev imzalayıblar.

Bununla əlaqədar olaraq professor İslam Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti AzMİU-da olub.

Professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb və universitetin fakültələri, ixtisasları, elmi potensialı, xarici əlaqələri, professor-müəllim heyəti və tələbə kontingenti haqqında ətraflı məlumat verib. AzMİU-nun elm tutumlu müəssisələrlə, o cümlədən RPİ ilə əməkdaşlıqda maraqlı olduğunu deyən rektor qeyd edib ki, institutun Elm və Təhsil Nazirliyinin tabeliyinə keçməsi əlaqələrin daha da gücləndirilməsi üçün əlverişli şərait yaradıb.

Professor İslam Mustafayev çıxışında AzMİU ilə RPİ-nin uzun illərdir ki, davam edən uğurlu əməkdaşlıq əlaqələrinə diqqət çəkib. O, qeyd edib ki, baza kafedrası bu əlaqələri gücləndirəcək və fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə ölkəmizin elmi tədqiqat əhatəsini genişləndirəcək.

Daha sonra nümayəndə heyətinin də iştirakı ilə əməkdaşlıq memorandumunda yer alan istiqamətlər üzrə müzakirələr aparılıb.

Memoranduma əsasən RPİ nəzdində AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi baza kafedrası yaradılacaq. Elm və təhsilin istehsalata inteqrasiyasını gücləndirmək məqsədi ilə yaradılan baza kafedrasının tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılmasında böyük rol oynayacaq.

Əməkdaşlıq çərçivəsində Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə yeniliklər və innovasiyaların tədris prossesinə tətbiqi, aparıcı mütəxəssislərin tədris prossesinə cəlb edilməsi və birgə elmi tədqiqat işlərinin aparılması da həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti