...

Qəbələdə ağır qəza olub, 15 nəfər xəsarət alıb

Cəmiyyət Materials 26 May 2023 14:12 (UTC +04:00)
Qəbələdə ağır qəza olub, 15 nəfər xəsarət alıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, bu gün saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti