...

Ən çox istifadə edilən əməliyyat sistemləri

Cəmiyyət Materials 3 İyun 2023 11:06 (UTC +04:00)
Ən çox istifadə edilən əməliyyat sistemləri
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Steam" oyunçuların üstünlük verdiyi əməliyyat sistemlərini müəyyən etmək üçün müntəzəm olaraq keçirdiyi aparat və proqram təminatı sorğusunun nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, ötən ay ən böyük paya malik əməliyyat sistemi 60,51% bazar payı ilə "Windows 10" olub. Bu əməliyyat sistemi əvvəlki aylarla müqayisədə nəzərə çarpacaq dərəcədə azalma yaşamayıb və hələ də oyunçular arasında geniş istifadə olunur.

"Windows 11" keçən il çıxdığı zaman müxtəlif problemlərlə gündəmə gəlsə də, son vaxtlar bu problemlər böyük ölçüdə həll edilib. Bununla belə, "Windows 11" hələ də oyunçuların üstünlük verdiyi əməliyyat sistemi deyil - keçən ay istifadə nisbətləri 0,60% azalaraq 33%-ə düşüb.

Keçmişdə böyük populyarlıq qazanan "Windows 7" yeniləmə dəstəyini itirsə də, bəzi istifadəçilər hələ də ona üstünlük verirlər. "Windows 7" ötən ay 0,11% azalaraq bazarda 1,17% paya sahib olub.

Qeyd edək ki, "Windows 11" üçün əlavə optimallaşdırmalar və istifadəçi təcrübəsi təkmilləşdirmələri edilərsə, onun populyarlıqda "Windows 10"a çata biləcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti