...

150 minə yaxın 4-cü sinif şagirdinin monitorinqi aparılacaq

Cəmiyyət Materials 5 İyun 2023 12:55 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 10-da təxminən 150 min 4-cü sinif şagirdinin monitorinqi aparılacaq.

Trend-in məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə bu gün keçirilən görüşdə deyib.

“Məqsəd həmin uşaqların 4-cü sinfin sonunda oxuyub-anlamaya nə qədər qadir olduqlarını, nələri mənimsədiklərini ölçməkdir”,- deyə E.Əliyev əlavə edib.

Şöbə müdiri bildirib ki, ötən il keçirilən monitorinqdə Azərbaycan dili bölməsi şagirdlərinin nəticəsi, rus bölməsinin şagirdlərindən yüksək olub:

"Bu monitorinqlərin nəticəsinin şagirdlərin sinifdən-sinfə keçməsinə təsiri yoxdur", - Nazirlik rəsmisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti